Bu içki ölüm riskini azaldır

Bu içki ölüm riskini azaldır

Kofeinsiz qəhvə həzm və sağlamlıq üçün vacib olan liflə zəngindir.

Britaniyalı epidemioloq və qidalanma üzrə tədqiqatçı Tim Spektor bu fikirdədir.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Kofeinsiz qəhvə kofeinin süni şəkildə onun rərkibindən çıxarıldığı qəhvədir. Bu, müxtəlif yolllarla əldə edilir.

Spektor kofeinsiz qəhvənin yuxusuzluq və ya ürək problemlərinə səbəb olmadan sinir sistemini yumşaq bir şəkildə stimullaşdırdığını deyib. Bu içki həm də həzm sisteminin fəaliyyətini yaxşılaşdırır:

“Fakt budur ki, kafeinsiz emalı qəhvənin lif tərkibini artırır. Bu əsas qida maddəsi, əsasən meyvə, tərəvəz və taxıllarda olur.Lif insan orqanizminin həzm fermentləri tərəfindən həzm olunmayan, lakin faydalı bağırsaq mikroflorasının emal etdiyi bitki komponentidir. O, qidanın mədə-bağırsaq traktından keçməsini sürətləndirir, bağırsaqları təmizləməyə kömək edir və qəbizliyi aradan qaldırır. Həmçinin, bitki liflərinin istehlakı piylənmə, 2-ci tip diabet və ürək-damar xəstəlikləri riskini azaldır”.

Həkimin sözlərinə görə, bir fincan kofeinsiz qəhvənin tərkibində 1,5 qram lif var. Bir fincandan bir stəkan portağal suyundan təxminən eyni miqdarda bitki lifi ala bilərsiniz. 

Böyük Britaniya Milli Səhiyyə Xidmətinin tövsiyə etdiyi gündəlik lif qəbulu 30 qramdır.

Xəzər
“Cebhe.info”