Çəkiyə görə gündə nə qədər su içmək lazımdır?

Elmi araşdırmalar nəticəsində çəkiyə görə su istehlakı ilə bağlı maraqlı məlumatalar ortaya çıxıb.
"Cebhe.info" xəbər verir ki, Amerika Milli Tibb Akademiyası böyüklər üçün gündəlik su tələbinin 2,7-3,7 litr olmasını tövsiyə edir. Bu ölçüyə qida və içkilərdən alınan suyun miqdarı da daxildir.
Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) yetkinlər üçün gündəlik su ehtiyacının 2 litr olduğunu, lakin isti havalarda və ya idman zamanı bu miqdarın arta biləcəyini bildirir.
Kifayət qədər su içmək ümumi sağlamlıq üçün çox vacibdir. Çəkiyə görə su istehlakı ümumi qayda olsa da, gündəlik su ehtiyacınızı təyin edərkən fəaliyyət səviyyənizi, tərləmə miqdarınızı və sağlamlıq vəziyyətinizi nəzərə almaq vacibdir.
Əgər sizdə susuzluq əlamətləri (ağız quruluğu, baş ağrısı) müşahidə olunursa, bol su içmək və həkimə müraciət etmək tövsiyə olunur.
Elmi araşdırmalar göstərir ki, su istehlakı maddələr mübadiləsini sürətləndirir, enerji səviyyəsini artırır və çəkiyə nəzarət etməyə kömək edir.
Bundan əlavə, su istehlakı dərinin sağlamlığını yaxşılaşdıra və uzun müddətdə xroniki xəstəliklərin qarşısını almağa kömək edə bilər.
Unudulmamalıdır ki, su istehlak edərkən qazlı və şəkərli içkilərdən uzaq durulmalı. Çünki çay və qəhvə kimi kofeinli içkilərin həddindən artıq istehlakı maye itkisinə səbəb ola bilər.
Naibə
"Cebhe.info"