Mamontlar hələ də yaşayacaqdılar, əgər...

Mamontlar hələ də yaşayacaqdılar, əgər...

Latınca adı “mammuthus primigenius” olan yunlu mamontların nəslinin kəsilməsinin səbəbləri araşdırılıb. 

"Cebhe.info" xəbər verir ki, araşdırmada təxminən 10 min il əvvəl Vrangel adasında qapalı qalan və 4 min il əvvəl nəsli kəsilən yunlu mamontların nəslinin kəsilməsinin səbəbinin məşhur inancın əksinə olaraq qohumluq əlaqəsi olmadığı ifadə edilib. 21 yunlu mamontun genlərini kompüter vasitəsilə araşdıran tədqiqatçılar mamontların qohumluq yolu ilə çoxaldığını müəyyən ediblər. 

Tədqiqatçılardan biri olan Lav Dalen bildirib ki, yunlu mamontların genetik səbəblərə görə nəslinin kəsilməsi fikrini rədd edirlər: "Tapıntılar mamontların təsadüfi bir hadisə nəticəsində nəsillərinin kəsildiyini göstərir və bu hadisə baş verməsəydi, mamontlar hələ də yaşayacaqdılar. Bu hadisənin nə olduğu barədə hələ də dəqiq bir fikrimiz yoxdur". 

Ləman İsmayıl 
"Cebhe.info"