Diktatorun döş nişanı nazirlərin yaxasında

Diktatorun döş nişanı nazirlərin yaxasında

Şimali Koreya rəsmiləri bazar günü dövlət mediası tərəfindən dərc edilən fotoşəkillərdə ilk dəfə Kim Çen Inın əks olunduğu döş nişanları taxıblar. 

“Cebhe.info” xəbər verir ki, “Reuters” xəbər agentliyi bu nüansa diqqət çəkib.

Ölkənin hakim partiyasının mühüm toplantısında çıxış edən rəsmilər pencəyinin sağ yaxasında partiyanın tipik emblemini, sol döş hissəsində isə qırmızı fonda bayraq şəklində Kimin üzünü əks etdirən nişan taxıblar.

Koreya İşçi Partiyasının 8-ci Mərkəzi Komitəsinin ilin birinci yarısındakı fəaliyyətini nəzərdən keçirən 10-cu plenar iclası cümə günü başlayıb.

Xəzər 
“Cebhe.info”