Biləsuvarda ilk dəfə olaraq yabanı zəfəran əkilib

Biləsuvarda ilk dəfə olaraq yabanı zəfəran əkilib

Biləsuvar rayonunda ilk dəfə olaraq bu il zəfəranın yabanı sortunun əkini aparılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, məhsul rayonun Ağalıkənd kəndində əkilib. Məhsul ilkin olaraq 1 hektar sahədə becərilir.

Qeyd edək ki, bitkinin Aralıq dənizi ətrafı ölkələrdə, keçmiş SSRİ-nin Avropa hissəsinin cənubu, Mərkəzi Asiyada, Kiçik Asiyada, İran, Əfqanıstan və Qafqazda 30-a yaxın növü bitir. Bir çox xarici ölkələrdə qiymətli ərzaq, boya, texniki və sair bitki kimi becərilir.

"Cebhe.info"