Mərdəkanda iki avtomobil toqquşdu, azyaşlı xəsarət aldı
![Mərdəkanda iki avtomobil toqquşdu, azyaşlı xəsarət aldı](/uploads/images/2024/06/720x400/171974144452199299866812c0484b8a.jpeg)
Bakının Xəzər rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Mərdəkan qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində sərnişin 2021-ci il təvəllüdlü M.İ xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
"Cebhe.info"