Erməni nazir: “Sülh müqaviləsi imzalamaq üçün siyasi iradəmiz var”

Erməni nazir: “Sülh müqaviləsi imzalamaq üçün siyasi iradəmiz var”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyanın xarici işlər naziri Qordan Qriliç-Radmanla görüşüb.

İlin əvvəlində Ermənistan xarici işlər nazirinin Xorvatiyaya səfəri zamanı aparılan müzakirələri davam etdirən nazirlər ikitərəfli gündəliyə dair əldə edilmiş razılaşmaların icrasının gedişatını və qarşıda duran vəzifələri müzakirə ediblər.

“Cebhe.info” xəbər verir ki, Ermənistan və Xorvatiyanın xarici işlər nazirləri son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

“Qrliç-Radman Balkanlarda baş verən hadisələri və Xorvatiya tərəfinin nöqteyi-nəzərini təqdim edib.

Cənubi Qafqazda hökm sürən təhlükəsizlik atmosferinə toxunan Ararat Mirzoyan qonşularla münasibətlərin normallaşdırılmasına yönəlmiş səyləri təqdim edib”,-deyə erməni mətbuatı yazıb.

Nazir Mirzoyan xüsusilə regional sabitliyin təmin edilməsi kontekstində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyini vurğulayıb və əlavə etdi ki, rəsmi İrəvan bu məqsədlə artıq siyasi iradə nümayiş etdirib.

Xəzər
“Cebhe.info”