Maykl Ceksonun 3 övladı bir yerdə qırmızı xalıda - FOTO

Maykl Ceksonun 3 övladı bir yerdə qırmızı xalıda - FOTO

Maykl Ceksonun üç övladı mərhum atalarının şərəfinə qırmızı xalçaya çıxıb. 

“Cebhe.info” xəbər verir ki, 27 yaşlı Prins, 25 yaşlı Peris və 22 yaşlı Biqqi Londondakı Şahzadə Edvard Teatrında “MJ: The Musical” filminin ilkin nümayişinə qatılıblar.

Martın 4-də “Stella McCartney”-nin Paris Moda Həftəsinin şousunda iştirak edən Peris romantik paltarı geyinib. Üzərindəki zinət əşyaları da göz qamaşdırıb.

Maykl Ceksonun və onun keçmiş həyat yoldaşı Debbi Rounun övladları Prins və Peris son bir neçə ildə bir neçə dəfə birlikdə qırmızı xalçada görünüblər.

"MJ: The Musical" tamaşası 25 iyun 2009-cu ildə 50 yaşında vəfat edən Ceksonun yaradıcılığını əks etdirir.

Xəzər
“Cebhe.info”