“Ölülər şəhəri” tapıldı - FOTOLAR

“Ölülər şəhəri” tapıldı - FOTOLAR

Alimlər Misirdə “Ölülər şəhəri” adlandırdıqları, 300-dən çox məzarın olduğu nəhəng qəbiristanlıq aşkar ediblər.

"Cebhe.info" xəbər verir ki, arxeoloqlar Misirin Asvan şəhərində 300-dən çox məzar tapıblar. Əsası 4500 il əvvəl qoyulan şəhərin mühüm ticarət, karxana və hərbi bölgə olduğu, lakin burada yaşayan insanların həyatının uzun müddət sirr olaraq qaldığı bildirilib. 

Beş ildir ki, ərazidə işləyən komanda bu yaxınlarda 900 il ərzində təkrar istifadə edilmiş, hər birində 30-40 mumiya olan 36 məzar aşkarlayıb. Mumiyaların əksəriyyətində xəstəlik əlamətləri olub.  Uşaqlarda anemiya və qida çatışmazlığı aşkar edilib. Mumiyalar üzərində aparılan araşdırmalar göstərdi ki, dəfn edilənlərin 30-40 faizi gənclik, yeni doğulmuş və ya yeniyetməlik illərində ölüb.

Qazıntı zamanı insanların siniflərinə görə dəfn edildiyi də məlum olub. Komanda Asvanın baş komandirinin mumiyalanmış qalıqları da daxil olmaqla, elitanın yuxarıda, orta təbəqənin isə aşağıda olduğunu müəyyən edib. Milan Universitetinin arxeoloqu Patrizia Piacentini "Bu, Misirdə unikal olan həqiqətən möhtəşəm bir tapıntıdır",- deyib . 

Nigar Hacılı 
"Cebhe.info"