Səhnədən getmişdi: İndi Londonda ev axtarır

Səhnədən getmişdi: İndi Londonda ev axtarır

Məşhur britaniyalı müğənni Adel nişanlısı, iş adamı Riç Pol ilə yenidən Londona köçməyi düşünür.

Bu barədə xarici KİV məlumat yayıb.

Məlumata əsasən, onun Los-Ancelesdə yerləşən Beverli-Hillzdəki 58 milyon dollarlıq malikanəsini satmaq fikri yoxdur.

Qeyd olunub ki, Riç onu bu işdən çəkindirməyə çalışır, lakin Adel çox güclü qadındır və o, qərarını verəndən sonra heç kim bunu​ dəyişdirə bilməz.

220 milyon dollar sərvəti olan “Qremmy” mükafatlı müğənni noyabrın sonlarında Las-Veqasda “Weekends With Adele” adlı sonuncu konsertini verərək səhnə ilə vidalaşıb. Belə ki, o, bir müddət öncə qulaq infeksiyası səbəbindən eşitmə problemi yaşadığını və çətin müalicə prosesi keçdiyini açıqlayıb.

"Cebheinfo.az"