Tut yarpağının bilinməyən faydaları: Ürəkdən başa qədər...

Tut yarpağının bilinməyən faydaları: Ürəkdən başa qədər...

Ağ və qara tutun nə qədər faydalı olduğunu bilməyən yoxdur. Tutun yarpağı da ən azı özü qədər faydalıdır.

Cebhe.info tut yarpağının faydalarını təqdim edir:

*Tut yarpağı bir çox xroniki xəstəliklərin yaranmasına səbəb olan amilləri aradan qaldırmaq gücündədir.

*Tut yarpağı bronxit və soyuqdəymə xəstəliklərinin müalicəsində təsirlidir.

*Xəstəlik prosesinin rahat keçməsi üçün tut yarpağından hazırlanana çayı səhər və axşam yeməyindən əvvəl ac qarına içmək məsləhətdir.

*Tut yarpağının çayı müntəzəm istehlak edildikdə şəkəri tarazlaşdırmağa kömək edir.

*Tut yarpağı ürək xəstəliklərinin müalicəsində də təbii köməkçidir.

*Tut yarpağı ağrıkəsici xüsusiyyətləri ilə də tanınır.

*Tut yarpağının çayı başda yaranan bir çox ağrılara qarşı təsirlidir.

Tut yarpağının digər faydaları bunlardır:

*Sümükləri gücləndirir.

*Əsəbləri sakitləşdirir.

*Tərkibində zəhərli maddələr olmadığı üçün tut yarpağının heç bir zərəri və mümkün əks-təsiri yoxdur.

*Həzm sistemini gücləndirir.

*Saç tökülməsinin qarşısını alır.

*Tut yarpağı çayı keçmişdən bu günə qədər qızdırmanı salan vasitə kimi istifadə edilir.

*Sidikqovucu xüsusiyyətlərə malikdir.

*Qaraciyərdəki toksinləri təmizləyir.

*İltihab əleyhinə xüsusiyyətləri sayəsində bədəndəki iltihablara qarşı təsirlidir.

*Maddələr mübadiləsini sürətləndirərək yağların yanmasını dəstəkləyir.

Naibə
Cebhe.info