Çelik Bakıda konsert verəcək – Bilet QİYMƏTLƏRİ

Çelik Bakıda konsert verəcək – Bilet QİYMƏTLƏRİ

Türkiyəli məşhur müğənni Çelik növbəti dəfə ölkəmizə gələcək.

“Cebheinfo.az” xəbər verir ki, sənətçi sevilən ifaçı Mansur Ark ilə birlikdə Bakıda konsert proqramı ilə çıxış edəcək.

Onlar 4 mayda “Hayal Kahvesi”ndə konsert verəcəklər.

Saat 20:00-da başlayacaq tədbirin bilet qiymətləri isə 20 manatdan 50 manata qədərdir. 1990-cı illərə damğa vuran hitləri oxuyan müğənnilər həm keçmiş, həm də yeni ifalarını ölkəmizdəki pərəstişkarları qarşısında canlı oxuyacaqlar.

Aslan
“Cebheinfo.az”