"Mən burdayam, ilahi": Müharibə adamının filmi

"Mən burdayam, ilahi": Müharibə adamının filmi

Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün çəkilən “Mən burdayam, ilahi!” tammetrajlı bədii filminin çəkilişləri yekunlaşmaq üzrədir.

Cebhe.info xəbər verir ki, bu barədə filmin ssenari müəllifi Nicat Dadaşov məlumat verib.

Onun sözlərinə görə, film sentyabr ayında, anım günündən sonra bütün kinoteatrlarda nümayiş etdiriləcək.

"Cineart” şirkətinin istehsalı olacaq filmin çəkilişləri Bakı şəhəri və ətraf qəsəbələrdə aparılıb.

Müharibədə yaralanan qazinin öz qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.

Filmin ssenari müəllifi Nicat Dadaşov, quruluşçu rejissor Qulu Əsgərov, operatoru Vasif Vəlizadə, prodüseri Həsən Axundovdur. Baş rolu aktyor Rasim Cəfər canlandırır. Digər rollarda Aygün Əlipənahova, Günay Həsən, Ayşad Məmmədov və Leyli Vəliyeva kimi tanınmış simalar yer alır.

Qeyd edək ki, filmin yaradıcı heyətinin bundan əvvəl istehsal etdiyi “Hasar” filmi 13-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalında “Ən yaxşı bədii film” nominasiyasına layiq görülüb.

Günay Şahmar
Cebhe.info