Fərəc Quliyev:“Savaşımın 60 anı”-FOTOLAR

Fərəc Quliyev:“Savaşımın 60 anı”-FOTOLAR

Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, istiqlalçı deputat Fərəc Quliyev 60, rəhbərlik etdiyi partiya isə 20 yaşını tamamlayıb. Bu münasibətlə Fərəc Quliyevin həm özünün və həm də partiyasının yubiley tədbirini keçirilib.

Cebhe.info xəbər verir ki, tədbirdə siyasi partiya rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak edib. Mərasimdə eyni zamanda, Fərəc Quliyev “Savaşımın 60 anı” kitabını da təqdim edib.

Kitabda Fərəc Quliyev 60 illik həyatında yaşadıqlarını, siyasi fəaliyyətini, bir sözlə bütöv bir ömrünü qələmə alıb. Fərəc Quliyev ölkənin siyasi-ictimai həyatına çox tanışdır. Amma tanımayan biri vars ada, o kitabı vərəqləməklə Fərəc Quliyevi yaxından tanımaq mümkündür.

Fərəc Quliyev kimdir?

Fərəc Quliyev 22 dekabr 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda üstüpü kəndində anadan olub. 1980-ci ildə orta məktəbi qızıl medalla, 1986-cı ildə Azərbaycan Tibb Universiteti "Müalicə işi" fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əlavə hüquq təhsili alıb. Sambo üzrə idman ustasıdır.

O, Azərbaycan SSR Ali Sovetinin XII çağırış xalq deputatı, Azərbaycan Respublikası Milli Məclisinin dördüncü və beşinci çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd olub.

Fərəc Quliyev istiqlalçı millət vəkillərindən biridir.

Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və lideridir. Azərbaycan Xalq Hərəkatının öncül simalarından olan Fərəc Quliyev həbs həyatı da yaşayıb. O, 1995-ci ildə həbs olunub, 2003-cü ildə azadlığa çıxıb. Həbsdə olarkən 3 kitab və elmi-nəzəri məqalələr yazıb.

Həbsdən çıxdıqdan sonra Anqlosaks-Türk Assambleyasını yaratmış, bu təşkilatın prezidenti seçilib.

"Yeni Dirçəliş", "Təbriz" qəzetlərinin təsisçisidir. Güney Azərbaycanda yayımlamaq üçün "Qəzet içində qəzet" layihəsində "Təbriz" qəzetini təsis edib, "Yeni Dirçəliş" qəzeti ilə birgə çapını reallaşdırıb.

F.Quliyevin 60 illik ömrünə sığdırdığı zəngin siyasi fəaliyyətini yubiley tədbirində iştirak edən dostları da dilə gətirdi. Yubiley tədbirində iştirak edən keçmiş hərəkatçılardan Etibar Məmmədov, Pənah Hüseyn, Tahir Kərimli, Fəzail Ağamalı Fərəc Quliyevlə bağlı xatirlərini bölüşdülər, onun parlamentdəki fəaliyyətindən danışdılar.

Daha sonra tədbirdə ştirak edən digər qonaqlar çıaış edərək, yubilyara xoş sözlərini və arzularını bildirdilər. YAP-ın şöbə müdiri Əhliman Tağıyev, MCP sədri Razi Nurullayev, AMİP sədri Arzuxan Əlizadə, Ağ Partiya başqanı Tural Abbaslı, BAP sədri Elşad Musayev, Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü, millət vəkili Elman Nəsirov, BAMF prezidenti ümid Mirzəyev, "Yeni Müsavat" Media Qrupun rəhbəri Rauf Arifoğlu, politoloq Oqtay Qasımov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli və başqaları çıxış edərək Fərəc Quliyevə təbriklərini çatdırdılar.

Çıxışçılar yubliyarı təbrik edib, birgə keçdikləri tarixi- siyasi proseslərdən danışaraq xatirələrini bölüşüblər.

Biz də yubliyarı təbrik edir, bundan sonrakı fəaliyyətində də uğurlar arzu edirik!

Vilayət Muxtar
Cebhe.info