Deputat sərt danışdı: “Qeyri-qanuni yolla maliyyə əldə edən...”

Deputat sərt danışdı: “Qeyri-qanuni yolla maliyyə əldə edən...”

“Kimliyindən asılı olmayaraq qeyri-qanuni yolla maliyyə əldə edən hər kəs cinayət məsuliyyətinə cəlb olunmalıdır”.

“Cebhe.info” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında deyib.

S.Novruzov bu istiqamətdə qanunların sərtləşdirilməsinin vacib olduğunu bildirib:

“Heç kim heç kimə elə-belədən gətirib pul vermir. Verilən pulun hansısa marağa xidmət etdiyini hər kəs bilir. Ona görə də istər media olsun, istər partiya olsun, istərsə də qeyri şəxslər olsun, qeyri-qanuni yolla pul alırsa, ən sərt şəkildə cəzalandırılmalıdır”.

Vilayət Muxtar
“Cebhe.info”