İran səfiri Azərbaycana işarə vurdu

İran səfiri Azərbaycana işarə vurdu

“Ermənistan və Azərbaycan arasında gərginliyin azaldılmasında mühüm amillər dialoq və diplomatiya, eləcə də milli suverenliyə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına və beynəlxalq hüquqa hörmətdir”. 

“Cebhe.info” xəbər verir ki, bunu aprelin 16-da keçirdiyi mətbuat konfransında İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani bildirib.

Onun fikrincə, müharibə heç vaxt problemləri həll etməyib:

“Bölgədə gərginliyin artması ehtimalından narahatıq. Artan gərginlik region xalqlarına, eləcə də Ermənistan və Azərbaycanın qonşularına ziyan vurur. Biz hər iki tərəfi sakit olmağa çağırırıq, onları təmkinli olmağa və sülhlə bağlı dialoqu davam etdirməyə çağırırıq”, - səfir qeyd edib.

O əlavə edib ki, İran qonşularının təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir.

Xəzər
“Cebhe.info”