Tahir Kərimlinin partiyası qurultaya hazırlaşır: Sədr kim olacaq?

“Vəhdət” Partiyası qurultaya gedəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu haqda partiyanın sədri, sabiq deputat Tahir Kərimli “Cebhe TV”-nin canlı efirində məlumat verib.
T.Kərimli bildirib ki, gələn həftə partiyanın Baş Məclisinin iclası olacaq və qurultayın vaxtı dəqiqləşəcək:
“Biz iyun ayında qurultay keçirməyi planlaşdırırıq. Gələn həftə qurultayın daha dəqiq keçirilmə vaxtı bəlli olacaq”.
T.Kərimli qurultayda bir sıra dəyişikliklərin olacağını bildirib:
“Sədr də dəyişə bilər. Mən qurultayda partiya üzvlərini inandırmağa çalışacam ki, partiyanı gənclərə ötürmək lazımdır”.
Daha ətraflı videoda:
Vilayət Muxtar
“Cebheinfo.az”