Bakıda yeni park salınacaq

Bakıda yeni park salınacaq

Bakı şəhərində yeni park salınacaq.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, park Nərimanov rayonu, Əhməd Bəy Ağaoğlu, Təbriz və Tələt Şıxəliyev küçələrinin əhatəsində salınacaq.

Artıq bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) müvafiq işlərə başlayıb.

Belə ki, hazırda yeni parkın layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı işlər start götürüb.

MMC sözügedən işlərin icrasının 198.6 min manata başa gələcəyini proqnozlaşdırıb.

"Cebheinfo.az"