Zelenski: “Ukrayna atəşkəsə hazırdır”

Zelenski: “Ukrayna atəşkəsə hazırdır”

“Rusiyanın üç ildən artıqdır ki, ölkəmizə qarşı apardığı genişmiqyaslı müharibədə Ukrayna 30 günlük atəşkəsə hazırdır”. 

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Fransa lideri Emmanuel Makronla söhbətindən sonra deyib.

“Ukrayna 30 günlük qeyd-şərtsiz atəşkəsə hazırdır. Lakin onun həyata keçirilməsinə keçmək üçün Rusiya şərtlər irəli sürməyi dayandırmalıdır”, - deyə Zelenski vurğulayıb. O qeyd edib ki, Prezident Makronla birlikdə komandaların aydın təhlükəsizlik təminatlarının formalaşdırılması üzrə işini müzakirə edib.

“Fransanın bu məsələdə mövqeyi çox konkretdir və biz bunu tamamilə dəstəkləyirik. Biz işləməyə və tərəfdaşlarla növbəti addımları və təmasları əlaqələndirməyə davam edirik”, - deyə Zelenski əlavə edib.

Onun sözlərinə görə, ədalətli və davamlı sülh əldə etmək üçün Ukrayna ilə birgə işləməyə hazır olan ölkələrin koalisiyası güclənir.

Xəzər
“Cebheinfo.az”