Türkiyə Suriyaya müasir silahlar verəcək

Türkiyənin Suriya ordusuna müasir hücum və müdafiə silahları verməyə başlayacağı gözlənilir.
Bundan başqa, Türkiyənin yüksək rütbəli bir türk zabitini Suriya Müdafiə Nazirliyinə hərbi məsləhətçi təyin ediləcəyi də bildirilir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, “Beştəpə”də keçirilən Ərdoğan-Şəra görüşündə ortaq “yol xəritəsi”nin həyata keçirilməsinin vasitələri razılaşdırılıb. Türkiyənin verəcəyi silah paketinə döyüş təyyarələri, hava hücumundan müdafiə sistemləri və zirehli maşınların daxil olduğu bildirilir. Türkiyə Suriya ordusunun yenidən qurulmasında fəal rol oynayacaq.
Müşfiq Abdulla
“Cebheinfo.az”