“Yeni konstitusiya sülh müqaviləsinə xələl gətirməməlidir” - Erməni nazir

“Yeni konstitusiya sülh müqaviləsinə xələl gətirməməlidir” - Erməni nazir

“Yeni Konstitusiyanın mətni hazır olan kimi dərc edilərək ictimai müzakirəyə çıxarılacaq. Hazırda hazır məhsulumuz yoxdur”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan martın 18-də parlamentdə jurnalistlərlə söhbətində belə deyib. Ermənistanın Baş naziri Nikol Paşinyanın yeni konstitusiyanın regional əhəmiyyət daşıyacağına dair açıqlamasının nə demək olduğuna dair suala Qalyan belə cavab verib:

“Söhbət sülhə, sülh müqaviləsinə və sülhə yönəlmiş münasibətlərə xələl gətirməyən konstitusiyadan gedir”. 

Sülh sazişinə xələl gətirməməsi üçün Konstitusiyanın üzərində işləməyin zəruri olub-olmaması ilə bağlı əlavə suala cavabında nazir deyib:

“Hər halda davranışımızı və iş üslubumuzu elə qurmalıyıq ki, ölkəmizdə sülh bərqərar olsun, təhlükəsiz mühit yaransın”.

Ədliyyə naziri əlavə edib ki, mövcud konstitusiya buna mane olmur: 

“Konstitusiyanın yeganə sahibi xalqdır və konstitusiyanın lazım olub-olmadığına məhz onlar qərar verməlidirlər”. 

Müşfiq Abdulla 
“Cebheinfo.az