Eyyub Əliyevə yeni vəzifə verildi

14 martda Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) ümumi toplantısı keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Təsisçi və İdarə Heyətinin sədri Natiq Zərbəlinin müraciəti əsasında çağırılan toplantıda təşkilatın 25 illik fəaliyyəti və gələcək planları müzakirə olunub.
Toplantıda Natiq Zərbəli AADA-nın fəxri prezidenti seçilib, İdarə Heyətinin sədri postuna isə təşkilatın icraçı direktoru Eyyub Əliyev seçilib.
E.Əliyevin spikerliyi ilə davam edən iclasda AADA-nın 2025-ci il üçün strateji planları və yol xəritəsi müzakirə olunub.
"Cebheinfo.az"