Naxçıvanda magistraturaya II cəhd qəbul imtahanı keçirilib

Naxçıvanda magistraturaya II cəhd qəbul imtahanı keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirib.

"Cebhe.info" xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında iki binada təşkil olunan imtahanlarda 536 bakalavr iştirak edib.

44 zalda keçirilən imtahanın idarə olunmasına 6 rəhbər, 53 nəzarətçi cəlb edilib.

İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul olunacaq.

"Cebhe.info"