Özü olmasa da, pulu var: Azərbaycanda bahalı internet

Özü olmasa da, pulu var: Azərbaycanda bahalı internet

Yeni əsrin, müasir dövrün ən vacib tələblərindən biri də internetdir.

Lakin təəssüflə qeyd etməliyik ki, müasir dövrün əsas tələbinə çevirilən internetin sürəti Azərbaycanda qənaətbəxş deyil.

“Speedtest Global Index”in apardığı son araşdırmalara görə, 2024-cü ilin yanvarında Azərbaycan mobil internetin sürətinə görə (46,88 Mbit/s) 144 ölkə arasında 59-cu yerdə qərarlaşıb.

Lakin Azərbaycan sabit genişzolaqlı internetə çıxışın orta sürətinə görə dünyada 118-ci yerdə qərarlaşıb. Yəni, dekabrdakı yerimiz 3 pillə daha geri düşüb.

"Cebhe.info" xəbər verir ki, siyahının ilk 10-luğunu aşağıdakı ölkələr tutub:
Birləşmiş Ərəb Əmirlikləri - 238.06 Mbit/s                                                Cənubi Koreya - 202,61 Mbit/s
Norveç - 177,72 Mbit/s
Qətər - 172,18 Mbit/s
Çin - 165,38 Mbit/s
Küveyt - 157,18 Mbit/s
Səudiyyə Ərəbistanı - 155,97 Mbit/s
Kipr - 144,64 Mbit/s
Bolqarıstan - 142,27 Mbit/s
İsveçrə - 135,70 Mbit/s.

Son 7 pillə isə aşağıdakı ölkələrin payına düşür:
Burundi (3.70 Mbps)
 Efiopiya (3.54 Mbps)
Kamerun (3,16 Mbps)
Tacikistan (2.98 Mbps)
 Suriya (2.30 Mbps)
 Yəmən (1.79 Mbps)
Əfqanıstan (1.71 Mbps)

Ölkəmizdə internetin sürəti aşağı olsa da, provayderlər qiymətlə bağlı hansısa güzəştə getmir. Yəni əslində verilən internet sürəti ödənilən məbləğin qarşılığında kifayət qədər aşağıdır.

Bəs internet üçün ölkələr nə qədər ödəyir?

Norveç internetə görə ödəmələrin bahalığı səbəbindın siyahıya başçılıq edir. Ölkədəki provayderlər 100 Mbit/s sürət üçün orta aylıq 75,1 Avro ödəniş alırlar.

İkinci yerdə  58,8 avro ilə  İslandiya,  üçüncü yerdə  53,8 avro ilə Avstraliya gəlir.

Bəs hansı ölkələr internetə ən ucuz ödəniş tələb edir?

Müvafiq olaraq, İsrail 1 GB üçün 0,04 dollar ödəməklə ən ucuz internet istifadə edən ölkədir. İtaliya 0,12 dollarla İsraili izləyir. San Marino hər GB üçün 0,14 dollar ödənişlə üçüncüdür. İlk 10-luğu tamamlayan ölkələr Fici adaları, Hindistan, Qırğızıstan, Fransa, Moldova, Uruqvay və Nepaldır.

Göründüyü kimi, yuxarıda adı qeyd olunan ölkələrin əksəriyyəti sürət siyahısında Azərbaycandan öndədir. 

Naibə
"Cebhe.info"