Putin ilham Əliyevə təbrik göndərdi

Putin ilham Əliyevə təbrik göndərdi

Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovet respublikalarının, İsrailin liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqına təbrik ünvanlayıb.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

O, Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya, İsrail liderlərinə, həmçinin Gürcüstan və Moldova xalqlarına təbrik məktubu göndərib.

Rusiya Prezidenti xarici ölkələrin rəhbərlərinə və vətəndaşlarına ünvanladığı təbrik məktubunda Böyük Vətən müharibəsi veteranlarına və arxa cəbhə işçilərinə ürəkdən təbriklərini və səmimi təşəkkürlərini çatdırıb, onlara cansağlığı, firavanlıq və uzun ömür arzulayıb.

“Cebheinfo.az”