İrəvan Putini həbs edə biləcək? - Balayan açıqladı

İrəvan Putini həbs edə biləcək? - Balayan açıqladı

Ermənistanın Avropa İttifaqındakı səfiri Tiqran Balayan “The Moscow Times” qəzetinə müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin həbsi ehtimalından danışıb. 

“Cebhe.info”-nun məlumatına görə, diplomat “Ermənistanın Roma Statutunu ratifikasiya etməsi Rusiya Prezidenti Putinin Ermənistana gələcəyi təqdirdə onun saxlanılacağı anlamına gəlirmi” sualına belə cavab verib: 

“Bu gün Rusiya Prezidentinə münasibətdə belə bir risk yoxdur”.

“Ermənistanı Roma Statutunun ratifikasiya prosesini dondurmamağa nə vadar etdi? Məhz Rusiyanın suveren sərhədlərimizlə bağlı təminatları işləmədiyi üçün biz Beynəlxalq Cinayət Məhkəməsini Azərbaycanın Ermənistana qarşı yeni “təcavüz”ünün olmamasının qabaqlayıcı təminatlarından biri hesab edirik”.

Müşfiq Abdulla 
“Cebhe.info”