Meksikada havanın temperaturu rekord vurdu

Meksikada havanın temperaturu rekord vurdu

Meksikanın paytaxtı Mexikoda yeni temperatur rekordu qeydə alınıb.

"Cebhe.info" xəbər verir ki, Meksika Milli Su Komissiyasından verilən açıqlamada bazar ertəsi termometrlərin 34,2 dərəcə göstərdiyi bildirilib.

Meksika Milli Su Komissiyasının baş direktoru German Martinez Santoyo sosial media hesabından verdiyi açıqlamada bildirib ki, bu gün Mexikoda yeni temperatur rekordu qeydə alınıb:

"Ən yüksək temperatur 1998-ci il mayın 9-da 33,9 dərəcə olub. Bu gün isə 34,2 dərəcə ilə rekord qırıldı".

Səlahiyyətlilər yerli insanlara kölgədə qalmağı və günəşdən qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edib.

Digər tərəfdən, Sakit okean və Meksika körfəzi ilə həmsərhəd olan 8 ştatda temperaturun 45 dərəcədən çox olacağı gözlənilir.

Ləman İsmayıl
"Cebhe.info"