Qərb Zelenskini zərərsizləşdirmək istəyir - Medvedevdən qəribə iddia

Qərb Zelenskini zərərsizləşdirmək istəyir - Medvedevdən qəribə iddia

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Polşada Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı sui-qəsd cəhdinə hazırlıqla bağlı yayılan məlumatları şərh edib.

RİA xəbər verir ki, o, qəribə iddia səsləndirib.

"Bu, yəqin ki, Qərbin onu məhv etmək qərarına gəldiyinin ilk sübutu ola bilər", - Medvedev belə deyib.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

"Cebhe.info"