Qəzzanın dağıntılardan təmizlənməsi 14 il çəkə bilər

Qəzzanın dağıntılardan təmizlənməsi 14 il çəkə bilər

Birləşmiş Millətlər Təşkilatının (BMT) Minalardan Təmizləmə Xidmətinin (UNMAS) yüksək vəzifəli zabiti Pehr Lodhammar Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, Qəzzanın dağıntılardan təmizlənməsi prosesi təxminən 14 il çəkə bilər .

"Cebhe.info" xəbər verir ki, İsrailin HƏMAS-a qarşı mübarizəsi 2,3 milyon insanın yaşadığı Qəzza zolağını əksər mülki əhalinin evsiz, ac və xəstəlik riski altında olduğu çöl ərazisinə çevirib.

Müharibə əsasən şəhərləşmiş, əhalinin sıx məskunlaşdığı bölgədə təqribən 37 milyon ton dağıntı buraxıb.

Pehr Lodhammar vurğulayıb ki, Qəzzada tapılan partlamamış hərbi sursatların dəqiq sayını müəyyən etmək mümkün olmasa da, müəyyən şərtlər daxilində dağılmış binaların dağıntıları da daxil olmaqla, dağıntıların təmizlənməsinin 14 il çəkə biləcəyi təxmin edilir.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 7 oktyabrdan bəri Qəzzaya hərbi hücumu nəticəsində ən azı 34 min 305 fələstinli ölüb, 77 min 293 nəfər isə yaralanıb.

Ləman İsmayıl
"Cebhe.info"