Rusiyadan erməni spikerinə sərt cavab

Rusiyadan erməni spikerinə sərt cavab

Ermənistan Respublikasının Milli Məclisinə Rusiya Federasiya Şurasından etiraz məktubu daxil olub.

“Cebhe.info”xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyanın mətbuat katibi Nelli Qulyan məlumat yayıb.

“Biz bu cür rusofobiyaya, anti-Rusiya çıxışlarına məhəl qoymayacağıq. Artıq bütün “qırmızı xətt”ləri keçməsi həmkarımız üçün sadəcə, ayıbdır”, - deyə Federasiya Şurasının sədri Valentina Matviyenko bəyan edib.

Xatırladaq ki, Avropa İttifaqı ölkələrinin parlament sədrlərinin konfransında çıxış edən Alen Simonyan Ermənistanın Ukraynananın, eləcə də Moldovanın, Gürcüstanın, Kiprin və bütün ölkələrin ərazi bütövlüyünü qətiyyətlə müdafiə etdiyini deyib. 

Müşfiq Abdulla 
“Cebhe.info”