Tanınmış idmançı həbs olundu

Tanınmış idmançı həbs olundu

Güney Azərbaycan Milli Hərəkatının fəalı və tanınmış boksçu Kərim İsmayılzadə həbs olunub.

"Cebhe.info" xəbər verir ki, o, 6 aylıq müddətinə həbs edilib.

Fəal həbs müddətini Təbriz Mərkəzi Həbsxanasında keçirəcək.

Qeyd edək ki, fəal Təbrizin İnqilab Məhkəməsi tərəfindən "insanları sosial mediada zorakılığa təhrik və dəvət etmək"də təqsirləndirilib.

O, bundan öncə də bir neçə dəfə hökumətin Urmu gölünün vəziyyətinə etinasız yanaşması haqqında fikirlər səsləndirdiyi və etirazını bildirdiyinə görə əlavə səbəblərlə həbs olunub.

Naibə
"Cebhe.info"