XİN: “Bakı ilə yaxşı münasibətlərimiz var, amma silahı...”

XİN: “Bakı ilə yaxşı münasibətlərimiz var, amma silahı...”

“Hindistanın həm İrəvan, həm də Bakı ilə yaxşı münasibətləri var. Lakin Yeni Dehli Hindistanın müdafiə ixracının stimullaşdırılmasından da narahatdır”. 

“Cebhe.info” xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var, lakin bizim Hindistanın müdafiə ixracını təşviq etmək siyasətimiz də var”, - deyə sözçü Azərbaycanın Hindistanın Ermənistana silah satışını pisləməsi ilə bağlı suala cavabında deyib.

Xəzər
“Cebhe.info”