Süni intellekt Çempionlar Liqasının qalibini təxmin etdi

Süni intellekt Çempionlar Liqasının qalibini təxmin etdi

Çempionlar Liqasını bu mövsüm hansı komandanın qazanacağı ilə bağlı daha bir proqnoz verilib. 

“Cebhe.info” xəbər verir ki, son zamanların ən məşhur süni intellekt proqramı hesab olunan “ChatGPT” bununla bağlı təxmin yürüdüb. Onun proqnozuna əsasən, Almaniyanın “Bayern Münhen” komandası bu mövsüm Çempionlar Liqasının qalibi olacaq. Qeyd edək ki, Avropanın bir nömrəli klub turnirində yarımfinal mərhələsi 30 apreldə başlayacaq. Sözügedən mərhələdə “Bayern Münhen” – “Real Madrid”, “Borussiya Dortmund” – “PSJ” matçları keçiriləcək. 

Elmir 
“Cebhe.info”