Azərbaycan Türkiyədən quru meyvə idxalını artırıb
Bu ilin I rübündə Türkiyə Azərbaycana 1 milyon 966 min ABŞ dolları dəyərində quru meyvə və məhsulları ixrac edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,2 % çoxdur.
Təkcə martda isə Azərbaycan Türkiyədən 102 min ABŞ dolları dəyərində quru meyvə və məhsulları idxal edib ki, bu da 1 il əvvələ nisbətən 80,7 % azdır.
"Cebhe.info"