Əli Mirəliyev Ağasəlim Çildağın meyxanasını oxuyan xanıma: “Dəhşətdir”

Əli Mirəliyev Ağasəlim Çildağın meyxanasını oxuyan xanıma: “Dəhşətdir”

İfaçı Luna Aliyevanın TV -lərin birində oxuduğu mahnı sosial şəbəkədə müzakirələrə səbəb olub.

Belə ki, ifaçının oxuduğu mahnı dinləyicilər arasında birmənalı qarşılanmayıb. İfa dinləyicilərlə yanaşı, sənət adamları tərəfindən də xoş qarşılanmayıb.

Müğənni Əli Mirəliyev “Cebhe.info”-ya açıqlamasında bildirib ki, belə mahnılara hər yerdə rast gəlinir:

“Mən az qala hər gün bayağı mahnılar eşidirəm. Ancaq bayaq eşitdiyim “Çörək yeyəndə de bismillah, yedin qurtardın de ələhəmdüllah” nədir? Belə mahnı olar? Bu üslubda mahnı olmaz. Meyxana üslübunu götürüb bu cür hala salmaq dəhşətdir”. 

Ə.Mirəliyev qeyd edib ki, bu, mahnı yox, meyxana olub və ilk dəfə Ağasəlim Çildağ tərəfindən ifa edilib. 

Həsən Məmmədov 
“Cebhe.info”