Qardaş Qırğızıstan Azərbaycanın zəfər sevincini bölüşür

Qardaş Qırğızıstan Azərbaycanın zəfər sevincini bölüşür

Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünün bərpa etməsi ilə bağlı ölkənin sevincinə şərikdir.

Bunu Qırğızıstan parlamentinin eks-spikeri Medetkan Şerimkulov Bakıda "Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müasir mərhələdə: strateji tərəfdaşlığın genişləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada bildirib.

Onun sözlərinə görə, Qırğızıstan Prezidenti Sadır Japarovun səfəri Azərbaycan üçün çox əlamətdar günlərə təsadüf edib: "Biz Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı ölkə xalqının sevincinə şərikik”.

M.Şerimkulov vurğulayıb ki, Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətlərinin dərin kökləri var: “Bir çox sahələrdə, o cümlədən iqtisadi, sosial və siyasi sahələrdə ikitərəfli əməkdaşlığın inkişafı üçün böyük potensial var”.

"Cebhe.info"