ABŞ-nın Texas ştatında daşqın olub

ABŞ-nın Texas ştatında daşqın olub

ABŞ-nin Texas ştatında leysan yağışların səbəb olduğu sel nəticəsində bir uşaq ölüb.

"Cebhe.info" xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən açıqlamada 4 yaşlı uşağın, olduğu avtomobilin sel sularına tutulması nəticəsində boğularaq öldüyü, avtomobildən xilas edilən 2 nəfərin isə xəstəxanaya aparıldığı bildirilib.

Milli Meteoroloji Xidmətin məlumatına görə, ötən gecə Texasın mərkəzindən şimalda Dallas-Fort Uort şəhərinə qədər uzanan bölgədə 6-8 saat ərzində yağış yağıb.

Hyustonun şimal-qərbində ildırım vuran ağacın evin qarajına düşməsi nəticəsində yanğın baş verib.  Qarajda baş verən yanğını söndürmək üçün yanğınsöndürmə briqadası göndərilib.

Hyustondakı Corc Buş Qitələrarası Hava Limanında və Hobbi Hava Limanında yüzlərlə reys təxirə salınıb və ya ləğv edilib.

Yağışlar səbəbindən bir çox çaylarda, o cümlədən Trinity və San Jacinto çaylarında suyun səviyyəsi yüksəlib.

Ötən həftədən bəri minlərlə insanın təxliyə edildiyi ştatda su basmış evlərdən və yollardan ən azı min nəfər xilas edilib.

Nigar Hacılı 
"Cebhe.info"