Müharibənin 3-cü ili: Liderlər Kiyevdə toplaşırlar

Müharibənin 3-cü ili: Liderlər Kiyevdə toplaşırlar

Rusiyanın Ukraynad abaşlatdığı müharibənin üçüncü ildönümündə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Avropa Şurasının prezidenti Antonio Kosta Ukrayna tərəfdaşlarının sammitinə gediblər.

“Cebheinfo.az”-ın Ukrayna mətbuatına istinadən yazdığına görə, Avropa İttifaqının mərkəzi orqanlarının rəhbərlərini stansiyada Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak və xarici işlər naziri Andriy Sıbiha qarşılayıblar.

Ukrayna Prezidenti Vladimir Zelenski bazar günü keçirdiyi mətbuat konfransında Şimali Avropa ölkələri də daxil olmaqla 13 ölkənin liderlərinin fevralın 24-də Ukrayna tərəfdaşlarının sammitində, daha 24 ölkənin isə videobağlantı vasitəsilə sammitdə iştirak edəcəyini bildirib.

Xəzər
“Cebheinfo.az”