Ali Şamanın yeni il üçün  PROQNOZLARI

Ali Şamanın yeni il üçün  PROQNOZLARI

Rusiyanın Ali Şaman Dopçun-ool 2025-ci ildə ölkə üçün proqnoz verib. 

“Cebheinfo.az” xəbər verir ki, onun fikrincə, il sakit keçəcək, bol məhsul gözlənilir.

“Rusiyada 2025-ci ildə yaxşı məhsul gözlənilir”, -deyə şamanların “Ayı ruhu”, yəni “Adığ-Eeren” adlı təşkilatın rəhbəri bildirib.

Onun sözlərinə görə, ilan ili sakit, təbii fəlakətlər və böyük qəzalar olmadan keçəcək. Məhsul üçün heç bir təhlükə yoxdur;

O qeyd edib ki, ilin əvvəlində şaxtalar şiddətli olmayacaq.

Xəzər
“Cebheinfo.az”