Bir günə 208 milyard dollar itirdilər

Bir günə 208 milyard dollar itirdilər

Dünyanın 500 ən varlı şəxsi ABŞ Prezidenti Donald Trampın bir sıra ölkələrdən ABŞ-yə məhsul idxalına qarşılıqlı tariflər təyin etməsindən sonra bir gün ərzində ümumilikdə 208 milyard dollar itirib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya  istinadən xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb. 

Məlumata görə, “Meta” korporasiyasının təsisçisi Mark Zukerberq şirkətin səhmlərinin dəyərinin enməsi səbəbindən 17,9 milyard dollar, yaxud sərvətinin təqribən 9 faizini itirib.

“Amazon” şirkətinin təsisçisi Ceff Bezosun sərvəti isə bir gündə 15,9 milyard dollar azalıb. Aprelin 3-də şirkətin səhmləri təqribən 9 faiz ucuzlaşıb. 

Amerikalı sahibkar, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask isə “Tesla”nın səhmlərinin dəyərinin 5,47% enməsi səbəbəindən 11 milyard dollar itirib.

"Cebheinfo.az"