Kişineu məhkəməsi Qutsulu ev dustaqlığına buraxıb

Kişineu məhkəməsi Qutsulu ev dustaqlığına buraxıb

Kişineu məhkəməsi Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun məhkumluğunun ev dustaqlığı ilə əvəzlənməsinə qərar verib.

Bu barədə hökmdə deyilir.

“Məhkəmə bu gündən (aprelin 9-da) Yevgeniya Qutsul barəsində 30 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri tətbiq etməklə prokurorların vəsatətinin qismən təmin olunmasına qərar verib”, - qərarda bildirilir.

Daha əvvəl Moldova prokurorluğu Qaqauz rəhbərinin həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Onun 20 günlük həbs müddəti aprelin 14-də başa çatır. Çərşənbə günü prokurorlar Qutsulun həbsinin uzadılması barədə vəsatət qaldırıblar.

"Cebheinfo.az"