Bu ölkə Ermənistana hərbi yardıma veto qoydu

Bu ölkə Ermənistana hərbi yardıma veto qoydu

Macarıstan Avropa İttifaqının Avropa Sülh Mexanizmi (APF) vasitəsilə Ermənistana əlavə 20 milyon avro “qeyri-öldürücü hərbi yardım” göstərməsinə mane olub.

“Cebheinfo.az” xəbər verir ki, Brüsseldəki diplomatik mənbə, bazar ertəsi Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında Budapeştin qərara veto qoyduğunu deyib. Macarıstan istisna olmaqla, bütün Aİ ölkələri Aİ-nin xarici siyasət rəhbəri Kallasın təklifini dəstəkləyib.

Mənbə “Azadlıq” Radiosunun erməni xidmətinə  deyib: “Bu danışıqlardan sonra heç bir irəliləyiş əldə olunmayıb”.

Ötən ilin iyulunda Ermənistan Aİ-dən ilk dəfə 10 milyon avro dəyərində hərbi yardım alıb. Bu pul növbəti iki il yarım ərzində səhra xəstəxanasının yaradılmasına və bir batalyonluq erməni ordusu bölməsi üçün yardımçı obyektlərin yaradılmasına sərf edilməli idi.

Macarıstan Azərbaycana da analoji yardımın göstərilməsini tələb edərək, bu vəsaitin ayrılmasına mane olub. Məlumata görə, Aİ vetonu Aİ-nin Azərbaycanda minatəmizləmə işlərini başqa mənbədən maliyyələşdirmək vədi müqabilində ləğv edib.

Digər Aİ-yə üzv dövlətlərdən fərqli olaraq, Macarıstan  Qarabağ məəsləsində Azərbaycanı açıq şəkildə dəstəyini ifadə edib. Macarıstan Xarici İşlər Nazirliyi bu dəstəyi 2020-ci ildə Vətən müharibəsi başlayandan üç gün sonra bir daha təsdiqləyib.

Xəzər
“Cebehinfo.az”