Cənubi Koreya Prezidentinin impiçmenti təsdiqlədi

Cənubi Koreya Prezidentinin impiçmenti təsdiqlədi

Cənubi Koreyanın Konstitusiya Məhkəməsi Prezident Yoon Suk Yeolun 2024-cü il dekabrın 3-də hərbi vəziyyət elan etməsini Konstitusiyaya zidd hesab edib və onun vəzifəsindən uzaqlaşdırılmasına göstəriş verib.

"Cebheinfo.az" "Yonhap"a istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsi sədrinin müavini Mun Hyungbae məhkəmənin qərarını açıqlayıb.Məhkəmə, Yeolunun hərbi vəziyyət elan etməsinin konstitusiyada nəzərdə tutulan "milli böhran" şərtinə uyğun gəlmədiyi və bu səbəbdən konstitusiyaya zidd olduğu qənaətinə gəlib.Qərarda həmçinin vurğulanıb ki, Yeolun hərbi vəziyyət elan edildikdən sonra qətnamənin rədd edilməsinin qarşısını almaq üçün Milli Məclisə əsgər göndərməklə qanunu pozub.

Baş hakimin səlahiyyətlərini icra edən Mun Hyungbae deyib:

“Yeolun qanun pozuntusunun nəticələrinin ciddiliyini və Konstitusiya quruluşuna mənfi təsirini nəzərə alsaq, onun vəzifədən uzaqlaşdırılmasının və konstitusiyanın qorunmasının faydaları dövlət başçısının vəzifədən kənarlaşdırılmasının gətirəcəyi milli itkilərdən qat-qat üstündür”.

Beləliklə, Konstitusiya Məhkəməsi Milli Assambleyanın impiçment tələbini qəbul edib və hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Yeolunun vəzifəsindən uzaqlaşdırılmasını təsdiqləyib.İmpiçment qərarından sonra Yeolun dərhal vəzifəsindən uzaqlaşdırılacaq və 60 gün ərzində ölkədə prezident seçkiləri keçiriləcək.

Nigar Hacılı 
"Cebheinfo.az"