Ermənistan Azərbaycanın şərtini bu müddətdə yerinə yetirəcək

“Hazırda yeni Konstitusiyanın mətni hazırlanır. Mən həmişə deyirəm ki, mətn 10 aya hazır olacaq”.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Milli Məclisdə jurnalistlərlə söhbətində belə deyib.
“Yeni konstitusiyanın mətni hazırlanma mərhələsindədir. Biz mətni yaxın vaxtlarda şura üzvləri ilə müzakirə edəcəyik. Biz müxtəlif variantları müzakirə edirik, lakin mətn hələ inkişaf mərhələsindədir. Mən həmişə deyirəm ki, mətn 10 aya hazır olacaq.
Biz bu məsələnin referenduma çıxarılmasının vaxtını müzakirə etməyəcəyik. Mətn hazır olandan sonra təbii ki, ayrı-ayrı konseptual müddəaları ictimaiyyətə təqdim ediləcək və nədən söhbət getdiyini ətraflı müzakirə olunacaq.
Yeni konstitusiyanın mətnini pərdə arxasında saxlamağa heç bir səbəb və imkan yoxdur. Yekun nəticədə, xalq yeni konstitusiyanın qəbulunun lehinə və ya əleyhinə səs verəcək”, - deyə Qalyan bildirib.
Xatırladaq ki, konstitusiyanın dəyişdiriləməsi Azərbaycanın tələbidir.
Müşfiq Abdulla
“Cebheinfo.az”