Mikayıl Cabbarov Zou Jiayi ilə videokonfrans formatında görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) prezidentliyə namizədi Zou Jiayi ilə videokonfrans formatında görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov "X" hesabında məlumat verib:
"Görüşümüzdə AİİB-in ölkəmizlə əməkdaşlığının əsas istiqamətləri, Asiya regionunda iqtisadi artımın dəstəklənməsi və infrastrukturun təkmilləşdirilməsi ilə bağlı layihələr barədə müzakirələr apardıq".
"Cebheinfo.az"