Çin böyük tədbirə ev sahibliyi edəcək: Bu tarixdə

Çin böyük tədbirə ev sahibliyi edəcək: Bu tarixdə

Çinin ev sahibliyi edəcəyi 2025-ci il Dünya İnsanabənzər Robot Oyunlarının avqust ayında Pekində keçiriləcəyi bildirilir.

"Cebheinfo.az" xəbər verir ki, 2025-ci il Dünya İnsanabənzər Robot Oyunları 15-17 avqust tarixlərində Çin Milli Stadionunda və Çin Milli Sürət Konkisi Stadionunda keçiriləcək. 

Builki tədbirlər iki kateqoriyaya bölünəcək: əsas yarışlar və yan tədbirlər. Səlahiyyətlilər bildiriblər ki, müsabiqələr humanoid robot texnologiyalarında tətbiqlərin müxtəlifliyini, innovasiyaları və praktik istifadə potensialını nümayiş etdirəcək.

Nigar Hacılı 
"Cebheinfo.az"