Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 4%-ə yaxın artıb

1 may 2025-ci il tarixə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,2 faiz artaraq 816,7 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 3,8 faiz artaraq 54,8 min təşkil edib.
"Cebheinfo.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 2,6 faiz artıb və 223,1 min olub.
"Cebheinfo.az"