"Qalatasaray"ın sabiq futbolçusu həbs olunub

"Qalatasaray"ın sabiq futbolçusu həbs olunub

Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Ümit Karana 1 il 8 ay həbs cəzası verilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ölkənin "Sabah" nəşri məlumat yayıb.

48 yaşlı keçmiş hücumçu "təqib səviyyəsində sadə cinsi təcavüz"də ittiham olunur.

O, məhkəmədən sonra həbsxanaya göndərilib.

Qeyd edək ki, Ümit Karan 2001-2009-cu illərdə İstanbul təmsilçisinin formasını geyinib.

"Cebheinfo.az"