İnyiqo Martines rəqibə tüpürdüyünü etiraf etdi

İnyiqo Martines rəqibə tüpürdüyünü etiraf etdi

Ötən gecə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində "Barselona"nın müdafiəçisi İnyiqo Martineslə "İnter"in futbolçusu Françesko Açerbi arasında münaqişə yaşanıb.

"Cebheinfo.az" xəbər verir ki, İtaliya klubu 2:0 hesabı ilə öndə olarkən Açerbi İnyiqoya tərəf qışqırıb. Martines isə Françeskoya tərəf çevrilib və ona tüpürüb.

Oyundan sonra Kataloniya təmsilçisinin futbolçusu bu barədə açıqlama verib. O, rəqibinin kürəyinə tüpürdüyünü təsdiqləyib:

"Hesab 2:0 olanda o, artıq bayram edirdi, düz qulağıma qışqırdı. Bu mənim üçün lazımsız reaksiya idi. Tüpürdüm, amma tüpürcək onun bir metrliyindən keçdi. Əgər belə olmasaydı, hakim məni meydandan qovardı".

"Cebheinfo.az"