IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib

IMF ABŞ-nin yumşaq fiskal siyasətini tənqid edib

Dünya birliyi ABŞ-nin daha yüksək faiz dərəcələrinə və daha yüksək borclanma xərclərinə səbəb olan yumşaq fiskal siyasətinin mənfi nəticələrini yaşamaqda davam edir.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (IMF) Büdcə-Vergi Əlaqələri Departamentinin rəhbəri Vitor Qaspar Vaşinqtonda IMF və Dünya Bankının yaz konfransı çərçivəsində keçirdiyi brifinqdə bildirib.

ABŞ-də yumşaq fiskal siyasət qlobal faiz dərəcələrinə yüksək təzyiq göstərir, dollar isə dünyanın qalan hissəsində maliyyələşdirmə xərclərini artırır, mövcud həssaslıqları və riskləri gücləndirir”, - o deyib.

V.Qaspar qeyd edib ki, ortamüddətli perspektivdə fiskal siyasətin müəyyən sərtləşdirilməsi proqnozlaşdırılsa da, bu, bir çox ölkədə dövlət borcunu sabitləşdirmək üçün kifayət etməyəcək.

IMF-in yenilənmiş proqnozuna görə, 2024-cü ildə qlobal dövlət borcunun səviyyəsi qlobal ÜDM-in 93,8 %-nə qədər artacaq, bundan sonra artım davam edəcək və 2029-cu ildə 98,8 %-ə çatacaq.

"Cebhe.info"